Avropada qazın qiyməti yarıbayarı azalıb

İQTİSADİYYAT

01 İyul 2023 16:08

Oxunma sayi: 497
Avropada qazın qiyməti yarıbayarı azalıb

2023-cü ilin yanvar-iyun aylarında Avropada qazın qiyməti iki dəfə azalaraq 1000 kubmetr üçün təxminən 425 dollar təşkil edib.

Məlumata görə, azalmanın əsas amilləri anomal isti hava, qaz anbarlarının doldurulması və Avropa İttifaqında qaza tələbatın azalması olub.

Əgər 2022-ci il dekabrın 30-da qaz füçersi 1000 kubmetr üçün təxminən 845 dollara satılırdısa, satış 2023-cü ilin iyunun 30-da ilin əvvəli ilə müqayisədə 50% aşağı - 425 dollarla bağlanıb.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!