Ayaz Mütəllibov: Paşinyan yalan danışır, mən elə söz deməmişəm

SİYASƏT

16 Fevral 2020 00:02

Oxunma sayi: 616
Ayaz Mütəllibov: Paşinyan yalan danışır, mən elə söz deməmişəm

Əlbəttə ki, mən belə söz deməmişəm. Bu iddia yalandır. Bəli, qeyd etmişdim ki, həmin dövrdə müxalifətin hərəkətləri nəticəsində Azərbaycanda daxili vəziyyət qarışıq idi.

 

Azmedia.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov deyib.

 

O bildirib ki, nə vaxtsa Xocalı soyqırımını azərbaycanlıların törətdiyini deməsi ilə bağlı iddialar tamamilə əsassızdır:

 

"Ermənistan tərəfi daim bu məsələni müzakirəyə çıxarır. Amma belə iddia həm də gülməlidir. Təbii ki, Prezident İlham Əliyev debatda Paşinyana tamamilə doğru cavab verdi".

 

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistan Baş naziri Nikol Paşinyan Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks prezidenti Ayaz Mütəllibova "istinad edərək" sözügedən hadisəni azərbaycanlıların törətdiyini iddia etsə də, Prezident İlham Əliyev buna qətiyyətlə cavab verərək, onun iddialarının əsassız olduğunu bildirmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!