Ayvazyan: “Azərbaycanla Ermənistan XİN başçılarının görüşü planlaşdırılmır”

SİYASƏT

29 Mart 2021 15:18

Oxunma sayi: 607
Ayvazyan:    “Azərbaycanla Ermənistan XİN başçılarının görüşü planlaşdırılmır”

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri (XİN) başçılarının Qarabağ münaqişəsinin həllinin davam etdirilməsinə həsr olunmuş görüşü planlaşdırılmır”.

Azmedia.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan XİN başçısı Ara Ayvazyan parlamentin xarici əlaqələr daimi komissiyasının iclası zamanı deyib.

“1 aprel tarixində MDB üzvü olan ölkələrin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşürəm. Hazırda üçtərəfli və ya ikitərəfli görüş (Azərbaycan Xarici İşlər Naziri ilə) planlaşdırılmır, lakin iclas çərçivəsində təbii ki, müxtəlif tərəfdaşlarla görüşlər olacaq”, - deyə Ayvazyan qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!