“Azərbaycan 9 rayon qazandı, müzakirə edəcək bir şeyimiz yoxdur” – Köçəryan

SİYASƏT

28 Yanvar 2021 13:00

Oxunma sayi: 598
“Azərbaycan 9 rayon qazandı, müzakirə edəcək bir şeyimiz yoxdur” –     Köçəryan

“Qarabağda yolların açılması məsələsi tərəflərin münaqişənin və Qarabağın statusunun həllindən sonra razılaşdırılmalı idi”.


Azmedia.Az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Yerevan Today”ə açıqlamasında bildirib.


“Ən böyük problem bunlardır: Mehri tərəf Rusiya sərhədçiləri tərəfindən idarə ediləcək və qalan bölgə üzərində də hər hansı təsirimiz olmayacaq. Mehri bölgəsinin uzunluğu 47 kilometrdir. Azərbaycan dəmir yolundan istifadəni ümumiyyətlə mənasız etmək üçün sadəcə tarif siyasətindən istifadə edə bilər. 47 km ərazi ilə heç bir problemi həll edə bilməzsiniz, xüsusən də sizin nəzarətinizdə deyilsə”, – Köçəryan vurğulayıb.


Onun sözlərinə görə, Azərbaycan istədiyini alıb və rabitə yollarında istifadə etmək üçün də təsir gücünə sahibdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!