Azərbaycan boksçusu Avropa çempionu olub - FOTO

İDMAN

14 Aprel 2024 21:16

Oxunma sayi: 165
Azərbaycan boksçusu Avropa çempionu olub -  FOTO

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 48 kiloqram çəkidə mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.

O, finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər üç raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycanın Dövlət Himnini səsləndirib.

Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında Ömər Aslanlı (54 kiloqram) Maksim Çekinlə (Ukrayna) üz-üzə gələcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!