Azərbaycan – İran münasibətləri: Yeni yol xəritəsi hazırlanır – RƏSMİ

SİYASƏT

23 Dekabr 2021 04:03

Oxunma sayi: 260
Azərbaycan – İran münasibətləri: Yeni yol xəritəsi hazırlanır –  RƏSMİ

“İranda yeni hökumət formalaşandan sonra bir sıra yeni layihələrlə bağlı konkret işlər görülür”.

Azmedia.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan – Türkmənistan – İran arasında imzalanan qaz nəqli ilə bağlı müqavilə 2022-ci ilin yanvar ayından etibarən icra ediləcək (Aşqabadda imzalanan müqaviləyə əsasən, Türkmənistan qazı İran vasitəsilə Azərbaycana çatdırılacaq – A.K.).

Nazir bildirib ki, Azərbaycanla İran əməkdaşlığı dərinləşdirmək üçün yol xəritəsi üzərində də işləyir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!