Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir RƏSMİ

SİYASƏT

12 Oktyabr 2020 11:28

Oxunma sayi: 1026
Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir   RƏSMİ

Ermənistan tərəfinin guya Azərbaycan ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

 

Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib:

“Xatırladırıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan ordusu tərəfindən işğaldan azad olunub. Bildiririk ki, Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!