Azərbaycan Ordusunun artilleriya bölmələrində atəş tapşırıqları icra olundu VİDEO

SİYASƏT

29 Mart 2022 11:55

Oxunma sayi: 333
Azərbaycan Ordusunun artilleriya bölmələrində atəş tapşırıqları icra olundu   VİDEO

Quru Qoşunlarının artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri yerdəyişmə icra etdikdən sonra təyin olunan yerlərdə atəş mövqelərini tutublar.

Təlimdə artilleriya qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsi, müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə məşq etdirilib. Komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, eləcə də hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!