Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir

SİYASƏT

26 Dekabr 2020 21:15

Oxunma sayi: 617
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq sərt hava şəraiti və müxtəlif relyefli ərazilərdə hərbi qulluqçuların döyüş hazırlığı üzrə praktiki dərsləri keçirilir.

Nazirlikdən Azmedia.Az-a verilən məlumata görə, dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri praktiki məşqlərə cəlb olunan şəxsi heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.

Hərbi qulluqçular şərti düşmən hədəflərinə atıcı silahlardan atəş açır və digər praktiki tapşırıqları icra edirlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!