Azərbaycan qırıcıları havaya qaldırıldı HHQ aviasiya vasitələri təlim uçuşları keçirir (VİDEO)

SİYASƏT

18 Fevral 2021 18:20

Oxunma sayi: 634
Azərbaycan qırıcıları havaya qaldırıldı   HHQ aviasiya vasitələri təlim uçuşları keçirir (VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.
 

Müdafiə Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə bildirir ki, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.
 

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!