Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib

SİYASƏT

31 Yanvar 2021 10:00

Oxunma sayi: 603
Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib

Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib.


Azmedia.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Ş.A.Mustafayev, Ermənistan Respublikasının Baş naziri M.Q.Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini A.L.Overçukun iştirakları ilə Moskvada üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib.


İclas zamanı Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu, həmçinin 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərin icrasından irəli gələn birgə işin əsas istiqamətlərinə baxılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!