Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başa çatdı YENİLƏNİB + VİDEO

SİYASƏT

10 Oktyabr 2020 09:34

Oxunma sayi: 679
Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başa çatdı   YENİLƏNİB + VİDEO

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü başa çatıb.

Rusiya mediasının məlumatına görə, tərəflər görüşün sonunda ortaq sənəd qəbul ediblər.

 

02:36

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasındakı Moskva görüşü davam edir. 

Rusiya mediasının məlumatına görə, 10 saatdan çoxdur ki, nazirlər danışıqlar masasının ətrafında əyləşiblər. 

Qapalı keçən görüşlə bağlı hələlik heç bir açıqlama verilməyib. 

 

01:00

Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü davam edir.

Səkkiz saatdır davam edən qapalı danışıqlardan sonra mətbuat konfransının təşkil olunması gözlənilir.

Jurnalistlər Rusiya XİN-in qəbul evində görüşün nəticələri ilə bağlı açıqlamaları gözləyirlər.

Artıq mətbuat zalına hər üç dövlətin bayraqları gətirilib.

Qeyd edək ki, bu, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistan XİN rəhbəri ilə ilk görüşüdür. C.Bayramov iyulun 16-da Elmar Məmmədyarovun yerinə təyin olunub.

Bu barədə Rusiyanın “Pervıy kanal” televiziyası video yayımlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!