Azərbaycan Türkiyədə keçirilən sorğuda lider oldu FOTO

SİYASƏT

22 Fevral 2020 19:20

Oxunma sayi: 569
Azərbaycan Türkiyədə keçirilən sorğuda lider oldu   FOTO

“Andy-Ar” araşdırmalar şirkəti Türkiyədə “Hansı ölkə dost, hansı ölkə düşməndir?” sorğusunu keçirib.
 

Azmedia.az BakuPost.az-a istinadən xəbər verir ki, araşdırmaların nəticəsi “Türkün türkdən başqa dostu yoxdur” ifadəsini xatırladıb.

 

Sorğunun nəticələrinə əsasən, respondentlərin 86 faizi Azərbaycanı Türkiyəyə dost ölkə kimi görür. Bu siyahıda ikinci yeri Pakistan tutur.


Düşmən ölkələrə gəlincə, sorğuda iştirak edənlərin ABŞ-ı (86 faiz), İngiltərənin (71 faiz), Fransanı (71 faiz), Almaniyanı (68 faiz) və Rusiyanı (46) göstəriblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!