Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub VİDEO

SİYASƏT

28 Dekabr 2020 22:30

Oxunma sayi: 923
Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub   VİDEO

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov Bakı ilə İrəvan arasında əsir düşmüş şəxslərin mübadiləsi barədə məlumat verib.

Xəbəri “RİA Novosti” agentliyi yayıb.

“Bu gün növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirildi. Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsində iki azərbaycanlı hərbi əsir Azərbaycana qaytarılıb, Erebuniyə isə dörd erməni hərbi əsir göndərilib”, deyə Rüstəm Muradov qeyd edib.

R.Muradov əlavə edib ki, Rusiyalı sülhməramlıları üçtərəfli razılaşmanın icrasına töhfə verməyə davam edəcəklər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!