Azərbaycan və Ermənistan XİN başçıları dekabrın 4 də Bratislavada görüşəcəklər

SİYASƏT

02 Dekabr 2019 11:18

Oxunma sayi: 493
Azərbaycan və Ermənistan XİN başçıları dekabrın 4   də Bratislavada görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi məlum olub.

 

Azmedia.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər.

 

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçicvəsində baş tutacaq.

 

Qeyd edək ki, E.Məmmədyarovla Z.Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!