“Azərbaycan və Türkiyə arasında sarsılmaz birlik bir daha təsdiq olundu“ Ekspert

SİYASƏT

03 Sentyabr 2020 16:48

Oxunma sayi: 447
“Azərbaycan və Türkiyə arasında sarsılmaz birlik bir daha təsdiq olundu“   Ekspert

Dünən Prezident İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizdəki səfirlərinin etimadnamələrini qəbul edərkən çox vacib məsələlərə toxundu, vacib fikirlər səsləndirdi.

 

Azmedia.az bildirir ki, bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

 

R.Qonaqov bildirib ki, Prezident İlham Əliyev hər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, əməldaşlığın geniş spekrlı olduğunu və fəal siyasi dialoq olduğunu diqqətə çatdırdı:

 

"Yunanıstan səfiri ilə olduqca açıq danışan cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi ölkəmizin milli maraqlarını önə çəkdi. Ölkə rəhbəri bu görüşdə bildirdiki, "Yunanıstan, Kipr və Ermənistan üçlük formatı yaradaraq, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq ölkəmiz üçün ciddi narahatlıq yaradır. Şərqi Aralıq dənizi mövzusunda Azərbaycan Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləməkdədir. Türkiyə həmişə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi Azərbaycanda hər zaman qəti şəkildə Türkiyənin yanlndadır".

 

R.Qonaqovun fikrincə, bu bir daha onu nümayiş etdirirki, ölkə rəhbərimiz ölkəmizin milli maraqlarını qətiyyət və əzmkarlıqla hər bir görüşdə müdafiə edir.

 

O əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və olduqca mühüm bir nümunədir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!