Azərbaycan vətəndaşları Türkiyəyə bu şəxsiyyət vəsiqələri ilə gedə bilməyəcəklər

SİYASƏT

20 Fevral 2021 18:00

Oxunma sayi: 619
Azərbaycan vətəndaşları Türkiyəyə bu şəxsiyyət vəsiqələri ilə gedə bilməyəcəklər

“Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş vaxtı açıqlanacaq”.


Azmedia.Az-ın xəbərinə görə, bunu Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Mürşüd Məmmədov “REAL TV”yə müsahibəsində deyib.


Onun sözlərinə görə, səyahət zamanı köhnə nəsil şəxsiyyət vəsiqələri etibarlı olmayacaq: “Yəni, vətəndalar içərisində elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər. Hesab edirəm ki, proses hər iki ölkə vətəndalarının işini asanlaşdıracaq”.


​Xatırladaq kİ, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu imzalayıb. Qanun Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!