Azərbaycan XİN rəhbəri Serbiyaya səfərə yollanıb

SİYASƏT

10 Oktyabr 2021 18:45

Oxunma sayi: 228
Azərbaycan XİN rəhbəri Serbiyaya səfərə yollanıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədi ilə Belqrad şəhərinə yola düşüb.

XİN-dən Azmedia.Az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!