Azərbaycana niyə müharibədən başqa yol qalmır? Şəhidlər və snayperlər haqda

SİYASƏT

06 Mart 2020 16:47

Oxunma sayi: 1054
Azərbaycana niyə müharibədən başqa yol qalmır?   Şəhidlər və snayperlər haqda

Ötən gün Azərbaycan ordusu bir şəhid daha verib.

 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulur.

 

Bu il əzində Azərbaycanın 4-cü hərbçisi şəhid olur.

 

Düşmən niyə snayperlərə əl atır?

 

Azmedia.az mediapost-a istinadla xəbər verir ki, mövzu ilə bağlı politoloq Əziz Əlibəyli "MediaPost"a açıqlama verib. O bildirib ki, beynəlxalq humanitar hüququn tələblərinə görə cəbhə xəttində snayperlərin və digər təhlükəli silahların istifadəsi qadağandır, üstəgəl, burada iki anlayışın fərqi də meydana çıxır: Cəbhə xətti ilə sərhəd xətti.

 

"Qarabağ və işğal edilmiş bölgələr boyunca cəbhə xətti keçir, aktiv hərbi əməliyyatlar dönəmi olmasa da, qaynar zonadır. Sərhəd xətti isə iki ölkə arasında keçən birbaşa xəttin adıdır, bura isə Qarabağ zonası aid deyil. Düşmənin cəbhə xəttində yox, sərhəd xəttində snayperlərə al atmasının səbəbi güman ki, ikinci cəbhə açmaq və ümumiyyətlə, indiki halda qondarma rejimi prosesdən kənarda saxlamaq istəyidir, ya bu təxribatı etməklə alternativ cəbhə şansını yoxlayır, ya rejimə kənar dəstək verir, ya da qısa müddətdə ortaya çıxacaq ki, məsələ nədir?

 

Snayperlədən istifadədə məqsəd sırf itki verməklə bağlıdır ki, bu da vəziyyəti gərginləşdirir və Azərbaycan kartını aktuallaşdırmaqla erməni ictimaiyyətinin gözündə Paşinyan amilinin gücləndirir. Azərbaycan düşmənçiliyi ilə gücünü daha da artırır. Çünki Paşinyan Qarabağdakı seçkilərdə və konstitutsiya dəyişiklikləri ərəfəsində bu yolla həm də rəqiblərini şantaj edir, qorxudur", - Ə.Əlibəyli bildirib.

 

 

Politoloq qeyd edib ki, status-kvo uzun illərdir davam etdiyindən işğalçı ölkədə kim hakimiyyətə gəlirsə, Azərbaycan kartından rəqiblərinə qarşı yararlanır:

 

"Hazırda iki ölkə arasında danışıqların heç bir uğuru və perspektivi qalmayıb, danışıqlar yolu tükənib, bir növ divar bitib. Azərbaycan tərəfi böyük ölçüdə silahlanır, əvvəl-axır bu silahların istifadəsi də yerini tapacaq, amma indi, bu an erməni təxribatına görə Azərbaycan tərəfinin silahlara əl atması Paşinyana hava və su kimi lazımdır. Bu adam öz suyunda boğulmaq üzrədir, onu xilas etmək ən böyük səhvimiz olar, əlbəttə, aprel kimi ikinci bir şans da düşəcək. O zaman şəhidlərin qanını yerdə qoymaq olmaz, işğalçını da sağ qoymaq".

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!