Azərbaycanda ağır YOL QƏZASI - Ölən var

ÖLKƏ

16 Aprel 2024 21:39

Oxunma sayi: 266
Azərbaycanda ağır YOL QƏZASI -  Ölən var

Bu gün Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Azmedia.Az Referans.az-a istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtərin Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsrafil Həsənovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1975-ci il təvəllüdlü Rövşən Əliyevin idarə etdiyi “BMW” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. “VAZ-2107”nin sürücüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!