Azərbaycanda ağır yol qəzası BAŞ VERDİ - Ölən və ağır yaralılar var

ÖLKƏ

26 Mart 2024 20:22

Oxunma sayi: 181
Azərbaycanda ağır yol qəzası BAŞ VERDİ -  Ölən və ağır yaralılar var

Novxanıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans.az xəbər verir ki, “VAZ-2106” və yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb, 2 nəfər isə ağır xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya aparılıb.

Fakt araşdırılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!