Azərbaycanda bu qanunlar ləğv edildi

SİYASƏT

24 Dekabr 2019 17:08

Oxunma sayi: 268
Azərbaycanda bu qanunlar ləğv edildi

Azmedia.az Trend.az-a istinadən bildirir ki, Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi haqqında qanun imzalayıb.

 

Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli Qanunu ləğv edilsin.

 

Maddə 2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Qanunu ləğv edilsin.

 

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!