Azərbaycanda iki vəzifəyə TƏYİNAT

SİYASƏT

28 Fevral 2020 12:35

Oxunma sayi: 1080
Azərbaycanda iki vəzifəyə     TƏYİNAT

"Azərişıq” ASC-də yenidən kadr dəyişikliyi olub.

 

Azmedia.az anews.az-a istinadla  xəbər verir ki, Araz Məmmədxanov Suraxanı Rayon Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) istismar şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
 

Belə ki, A.Məmmədxanov bu vəzifəyə qədər "Bağlar” Elektrik Şəbəkəsinin istismar şöbəsinin rəisi vəzifəsində çalışıb.
 

Qısa müddət əvvəl "Azərişıq” daxilində aparılan yerdəyişmə nəticəsində Suraxanı RETSİ-nin istismar şöbəsinin rəisi Vahid Nəzərov "Bağlar” Elektrik Şəbəkəsinin istismar şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
 

Təyinatlarla bağlı "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!