Azərbaycanda ötən sutkada cəmi 1 nəfər koronavirusa yoluxub FOTO

SAĞLAMLIQ

28 İyun 2023 13:40

Oxunma sayi: 620
Azərbaycanda ötən sutkada cəmi 1 nəfər koronavirusa yoluxub   FOTO

Azərbaycanda ötən sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 5 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 939 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib. Onlardan 821 629 nəfər müalicə olunaraq sağalıb, hazırda 28 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 299, bu günə qədər isə ümumilikdə 7 642 901 test icra olunub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!