Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı SİYAHI

SİYASƏT

11 İyun 2020 14:13

Oxunma sayi: 1103
Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı   SİYAHI

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər.

 

Azmedia.az  xəbər verir ki, polis şöbəsinin Əməliyyat üzrə rəis müavin İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar.

 

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Ağstafa RPŞ-nın rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

 

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!