Azərbaycanda sayt rəhbəri həbs olundu - FOTO

ÖLKƏ

19 Aprel 2024 20:00

Oxunma sayi: 551
Azərbaycanda sayt rəhbəri həbs olundu -  FOTO

“Məclis.info” saytının rəhbəri İmran Əliyev həbs edilib.

Azmedia.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.

Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!