Nəsib Quliyevlə bağlı yeni faktlar: Oğlu ailəsini atıb, qızı isə… - FOTO

ÖLKƏ

24 Aprel 2024 18:12

Oxunma sayi: 10049
Nəsib Quliyevlə bağlı yeni faktlar:  Oğlu ailəsini atıb, qızı isə… - FOTO

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib.

Azmedia.Az xəbər verir ki, Axar.az-a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış.

Həkimin tanıyanların ehtimalına görə, tənhalıq, ailə münasibətlərində soyuqluq nəticədə həkimin intiharına səbəb ola bilər.

Mətbuatda yayılan digər məlumatlara görə, professorun qızı da boşanıb və ailəsindən ayrı yaşamağa başlayıb. Oğlu isə ailəsini ataraq ölkədən gedib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!