Azərbaycanda son sutkada üç nəfər COVID 19

SAĞLAMLIQ

28 İyun 2023 20:14

Oxunma sayi: 570
Azərbaycanda son sutkada üç nəfər COVID   19

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, müalicə alan şəxslərdən 8 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 942 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 637 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 23 nəfərdir.

Ölkədə son sutka ərzində 310, hazırkı dövrədək isə 7 643 211 test aparılıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!