Azərbaycanda yaşayış minimumu məbləği son oxunuşda təsdiq olundu

SİYASƏT

29 Noyabr 2019 13:03

Oxunma sayi: 583
Azərbaycanda yaşayış minimumu məbləği son oxunuşda təsdiq olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

Azmedia.Az Trend-ə istinadən əbər verir ki, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

 

Müzakirələrdən sonra yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq olunub.

 

Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!