Azərbaycanda yeraltı su yataqları yenidən QİYMƏTLƏNDİRİLƏCƏK

SİYASƏT

08 May 2022 14:34

Oxunma sayi: 386
Azərbaycanda yeraltı su yataqları yenidən  QİYMƏTLƏNDİRİLƏCƏK

Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatları yenidən qiymətləndiriləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü illərdə Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsini təmin etməlidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!