Azərbaycandakı əsirlərin siyahısı... Arutyunyan

SİYASƏT

22 Dekabr 2020 00:30

Oxunma sayi: 671
Azərbaycandakı əsirlərin siyahısı...   Arutyunyan

Ermənistan rəhbərliyi Azərbaycanda əsirlikdə olan 62 nəfərin siyahısını Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) verib.


Azmedia.Az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan əsirlikdə olanların qohumları ilə görüşündə deyib.
Nazirin sözlərinə görə, onların qayıtmaları üçün hər şey edilir.


"62 nəfərin adı BQXK-ya, şəxsi işləri isə Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Məsələ Qarabağdakı rus sülhməramlı kontingentinin komandanlığının da diqqətindədir”, - Arutyunyan bildirib.


Qeyd edək ki, bundan öncə Azərbaycanda əsirlikdə olan 44 erməni hərbçisi ölkələrinə göndərilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!