Azərbaycanın daha bir ölkədə səfirliyi açılır SƏRƏNCAM

SİYASƏT

14 İyun 2021 14:30

Oxunma sayi: 277
Azərbaycanın daha bir ölkədə səfirliyi açılır   SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 

 

Bununla bağlı prezident.az saytı məlumat yayıb.

 

Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edəcək. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!