Azərbaycanlı əsirlər dəyişdirilir? Rusiya XİN açıqlama yaydı

SİYASƏT

18 Dekabr 2019 20:36

Oxunma sayi: 256
Azərbaycanlı əsirlər dəyişdirilir?   Rusiya XİN açıqlama yaydı

“Əsir və girovların dəyişdirilməsi həmişə olduğu kimi indi də gündəmdədir”.

 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova dekabrın 18-də keçirdiyi brifinqdə deyib.

 

“Azərbaycan, Rusiya və Azərbaycan xariçi işlər nazirlərinin bu ilin aprel ayında Moskvada keçirilən görüşündə bu məsələ müzakirə olunub. Qeyd edim ki, bu cür aksiyaları əsir və girovluqda lanların vəziyyətlərinin yaxşılaşdırılması baxımından ilk addım kimi qiymətləndiririk. Həm də digər əsirlərin dəyişdirilməsi istiqamətində də danışıqlar aparılır. Əgər razılıq əldə olunarsa, biz bunu dəstəkləyəcəyik”, deyə M.Zaxarova vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!