Azərbaycanlı Ukraynada nazir müavini təyin edildi

SİYASƏT

11 Noyabr 2021 12:15

Oxunma sayi: 236
Azərbaycanlı Ukraynada nazir müavini təyin edildi

Azərbaycanlı Ukraynada energetika nazirinin müavini təyin olunub.

Azmedia.Az “Report”un Şərqi Avropa bürosunun məlumatına istinadən bildirir ki, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib.

O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Departament direktoru işləyib.

Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir.

O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində “Beynəlxalq biznes” ixtisasına yiyələnib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!