Azərbaycanlılara güllə atan erməni əsgəri cəzalandırılacaq

ÖLKƏ

15 Fevral 2024 13:47

Oxunma sayi: 213
Azərbaycanlılara güllə atan erməni əsgəri cəzalandırılacaq

Fevralın 13-də Zəngilanda baş verən erməni təxribatı İrəvanda geniş müzakirə olunur. Hətat Ermənistan hökuməti də bu məsələyə münasibət bildirib.

Azmedia.Az erməni KİV-lərinə istinadla bildirir ki, Baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında fevralın 13-də Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində – Ermənistan-Azərbaycan şərti sərhədində baş verən insidentə münasibət bildiirb.

Paşinyan “qisas əməliyyatı”nda ölən 4 hərbçinin ailəsinə başsağlığı verib,

“Hraparak”ın yazdığına görə, Baş nazir deyib ki, Azərbaycan tərəfi insidentin baş verdiyi ərazidə erməni hərbçi tərəfindən fevralın 12-də atəşkəsin pozulduğu barədə məlumat yayıb. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin bir hərbçisinin yaralandığı bildirilib.

Paşinyanın sözlərinə görə, Ermənistanın Hərbi Polisi bu hadisə ilə bağlı təhqiqata başlayıb. Çünki müdafiə nazirinin atəşkəsin pozulmasına yol verilməməsi barədə dəqiq göstərişi olub.

Baş nazir bildirib ki, erməni hərbçinin əmri pozduğu təsdiqlənərsə, bunun hüquqi nəticələri olacaq.

O, Azərbaycan tərəfinin həyata keçirdiyi “Qisas əməliyyat”ın nəticəsində 4 erməni hərbçinin ölümündən təəəssüfləndiyini vurğulayıb.//yenisabah

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!