Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

ÖLKƏ

22 Aprel 2024 13:11

Oxunma sayi: 1324
Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi -  ANBAAN VİDEO

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub.

Azmedia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən baku.ws-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Ürəyi zəif olanların videoya baxmaması tövsiyyə olunur. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!