Bakıda “BMW” və “Hyundai“ toqquşdu - xəsarət alanlar var - FOTOlar

ÖLKƏ

15 Aprel 2024 09:04

Oxunma sayi: 88
Bakıda “BMW” və “Hyundai“ toqquşdu -  xəsarət alanlar var - FOTOlar

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, hadisə Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

"BMW" markalı avtomobili idarə edən sürücü ara məsafəsini gözləmədiyi üçün nəqliyyat vasitəsini kəsişmədə olan "Hyundai" markalı maşına çırpıb.

Zərbə güclü olduğundan "BMW"də olan sərnişin xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!