Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

ÖLKƏ

24 Aprel 2024 21:33

Oxunma sayi: 236
Bakıda çoxmərtəbəli yaşayış binasında  yanğın olub

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Azmedia.Az bildirir ki, bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo, 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə qismən yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!