Bakıda insanlar daha çox hansı xəstəlik səbəbindən vəfat edirlər? - Həkimdən ÇAĞIRIŞ - VİDEO

SAĞLAMLIQ

12 Aprel 2024 00:33

Oxunma sayi: 319
Bakıda insanlar daha çox hansı xəstəlik səbəbindən vəfat edirlər? -  Həkimdən ÇAĞIRIŞ - VİDEO

Bakıda hər 100 nəfərdən 68-i ürək-damar xəstəlikləri səbəbindən vəfat edir. 

Azmedia.Az xəbər verir ki, xezerxeber.az-ın məlumatına görə, ötən ilin yanvar ayında paytaxtda 900 ölüm hadisəsi qeydə alınıb. Bunun da 610-u, yəni 68 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verib.

Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatında bildirilib ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri hələ də üstünlük təşkil edir.

Həkim Anar Əmrahın sözlərinə görə, təzyiqi olan insanlar həyat tərzini dəyişdirməli, artıq çəkidən azad olmalı, duzdan istifadəni məhdudlaşdırmalıdırlar.

Qeyd edək ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir.

Ətraflı süjetdə:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!