Bakıda NATO Rusiya danışıqlarının mümkün tarixi açıqlandı

SİYASƏT

02 Fevral 2020 17:01

Oxunma sayi: 506
Bakıda NATO   Rusiya danışıqlarının mümkün tarixi açıqlandı

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Qerasimov və NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş Komandanı Tod Uolters arasında danışıqları təxminən 6-7 fevral tarixlərində Bakıda keçirmək planlaşdırılır.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, bu barədə diplomatik mənbədən məlumat verilib.

 

Məlumatda deyilir: "Qarşıdan gələn həftə, təxminən 6-7 fevral tarixlərində Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, Müdafiə Nazirinin birinci müavini ordu generalı Valeriy Qerasimov ilə NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş Komandanı, Amerikalı general Tod Uolters arasında danışıqlar planlaşdırılır. Görüşün gündəliyi barədə yalnız tərəflər bilirlər. Bakı ənənəvi görüş yeridir".

 

Qeyd edək ki, Rusiya-NATO formatında əvvəlki görüş noyabrın 26-da Bakıda keçirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!