Bakradze: “Zurabişvili cahildir, Azərbaycanla yox, Rusiya ilə…” – Şok açıqlama

SİYASƏT

28 Dekabr 2019 14:24

Oxunma sayi: 368
Bakradze: “Zurabişvili cahildir, Azərbaycanla yox, Rusiya ilə…” – Şok açıqlama

Avropa Gürcüstanı Partiyasının lideri David Bakradze Prezident Salome Zurabişvilinin Azərbaycan və Ermənistanla sərhəd problemləri barədə açıqlamasına münasibət bildirib.

 

Azmedia.az  Teleqraf.com-a istinaden xəbər verir ki, partiya lideri prezidenti təcrübəsizlikdə və məsələni bilməməkdə ittiham edib.

 

Bakradzenin sözlərinə görə, hakim komanda Zurabişvilinin ifadələrini gürcü dilini mükəmməl bilməməsi və kontekstdən xəbərsiz olması ilə izah edir:

 

“Prezidentin sərhədlər barədə dedikləri heç nəyə uyğun gəlmir. Mən deyərdim ki, bu, böyük cəhalətdir, lakin təəssüf ki, bu, cəhalətdən əlavə, Gürcüstanın maraqlarına zərbədir.

 

Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərini dünyada tanıması istiqamətində işlədiyi zaman iki arqumenti var. Birinci işğal olunmuş Abxaziya və Osetiyanının dünya tərəfindən tanınması, ikincisi beynəlxalq hüquq normalarına istinad…

 

İndi de-fakto bir reallıq var və bu reallıq da Abxaziya və Osetiyanın işğalı ilə bağlıdır. İndi Abxaziya və Osetiya Ermənistan, Azərbaycan və Rusiya kimi Gürcüstanın müstəqil qonşularıdır. Zurabişvilinin demək istədiyi budur”.

 

Onun sözlərinə görə, Avropa Gürcüstanının qəti tələbi ondan ibarətdir ki, Gürcüstan hökuməti bu bəyanatın rəsmi şəkildə inkar edilməsi və Gürcüstanın işğal olunmuş ərazilərlə heç bir sərhədi olmadığı barədə rəsmi açıqlama verməlidir.

 

Salome Zurabişvili verdiyi açıqlamada Gürcüstanın Azərbaycan və Ermənistanla sərhəd problemlərinin həll edilməsinin vacib olduğunu bildirib. O, bu barədə tərəflər arasında anlaşmanın əldə edilməsinə baxmayaraq, danışıqların dayandığını deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!