“Barselona”nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

İDMAN

11 Aprel 2024 16:39

Oxunma sayi: 152
“Barselona”nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

“Barselona” klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Azmedia.Az xəbər verir ki, bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat yayıb. 

Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub.

İspaniyalı müdafiəçi PSJ ilə görüş zamanı əsas heyətdə çıxış edib və komandasına kömək edib.

Qeyd edək ki, Pau Kubarsi “Barselona” futbol akademiyasının yetirməsidir və bu mövsüm komanda ilə 26 oyunda meydana çıxıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!