Baş nazir yeni qərar İMZALADI

SİYASƏT

24 Aprel 2024 20:12

Oxunma sayi: 779
Baş nazir yeni qərar  İMZALADI

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxs yaradılıb.

Azmedia.Az Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Nazirlər Kabinetinə publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;

Kənd Təsərrüfatı Nazirliyinə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!