Baş nazirin rəhbərliyi ilə respublikanın qaz təsərrüfatındakı mövcud problemlər müzakirə olundu – FOTO

SİYASƏT

29 Yanvar 2021 00:15

Oxunma sayi: 615
Baş nazirin rəhbərliyi ilə respublikanın qaz təsərrüfatındakı mövcud problemlər müzakirə olundu –     FOTO

Yanvarın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib.


Bu barədə Nazirlər Kabineti məlumat yayıb.


Bildirilib ki, iclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.


İclasda Azərbaycan Respublikası Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İB-nin rəhbərliyi iştirak edib.

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!