Bayden Almaniyaya səfər etdi

SİYASƏT

26 İyun 2022 11:22

Oxunma sayi: 278
Bayden Almaniyaya səfər etdi

ABŞ Prezidenti Co Bayden Almaniyaya səfər edib.

Azmedia.Az xəbər verir ki, onun səfərinin məqsədi G7 ölkələrinin sammitinə qatılmaqdır.

Üçgünlük səfər çərçivəsində Prezidentin ilk görüşü kansler Olaf Şoltsla olacaq. Bundan sonra Bayden ayrı-ayrı siyasətçilərlə qlobal problemləri müzakirə edəcək.

Sammitdə dünya liderləri Ukraynadakı müharibə və dünya miqyasındakı inflyasiya kimi məsələləri gündəmə gətirəcəklər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!