Bayden Avropada baş verənlərə görə səfəri yarımçıq qoyub Vaşinqtona qayıtdı

SİYASƏT

18 Fevral 2022 16:47

Oxunma sayi: 243
Bayden Avropada baş verənlərə görə səfəri yarımçıq qoyub Vaşinqtona qayıtdı

ABŞ Prezidenti Co Bayden Ohayo ştatına səfərini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb.

Loreyn şəhərində sakinlər qarşısında çıxış edən C.Bayden səfərini yarımçıq qoymağa məcbur olduğunu bildirib. O, bunu Avropa baş verənlərlə bağlı narahatlığa görə etdiyini vurğulayıb.

“Mən təcili Vaşinqtona getməliyəm, mənə dedilər ki, getmək vaxtıdır... Avropada indi bəzi kiçik şeylər baş verir”, - deyə o bildirib.

ABŞ liderinin bu sözləri ətrafdakı insanların gülüşünə səbəb olub.

Mənbə: Mk.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!