Bayden havaya görə “G7” sammitini vaxtından əvvəl tərk etdi

SİYASƏT

28 İyun 2022 16:27

Oxunma sayi: 243
Bayden havaya görə “G7” sammitini vaxtından əvvəl tərk etdi

ABŞ Prezidenti Co Bayden Almaniyanın cənubunda Elmau qalasında keçirilən “G7” sammitini vaxtından əvvəl tərk edib.

Azmedia.Az xəbər verir ki, bu barədə məlumatı “DPA” agentliyi yayıb.

Buna səbəb isə hava şəraitinin pis olması olub. Belə ki, Bayden sammitin yekun iclasında çıxış etməli, buradan helikopterlə Münhenə yollanmalı, Münhendən təyyarə ilə NATO sammitinin keçiriləcəyi Madrid şəhərinə getməli idi. Lakin duman səbəbindən Bayden Münhenədək yolun bir hissəsini avtomobillə getməyə qərar verib.

Buna baxmayaraq, ABŞ Prezidenti getməzdən əvvəl Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Mario Draqi, Almaniya Kansleri Olaf Şolts və Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşə bilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!