Bayden ikinci müddətə prezident seçilmək istəyir

SİYASƏT

22 Noyabr 2021 08:10

Oxunma sayi: 259
Bayden ikinci müddətə prezident seçilmək istəyir

ABŞ prezidenti Co Bayden reytinqinin tarixi minimuma düşməsinə baxmayaraq, 2024-cü il prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır.

Xatırladaq ki, Kvinnipeksk Universitetinin son sorğusuna əsasən, amerikalıların ancaq 36 faizi ABŞ prezidenti Co Baydenin fəaliyyətini bəyənir.

Ekspertlərin fikrincə, demokratların çoxu növbəti seçkilərdə 82 yaşı olacaq Baydeni deyil, 57 yaşlı hazırki vitse-prezident Harrisi dəstəkləyəcəklər.

Mənbə: “The Washington Post”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!