Bayden sahibkarları benzinin qiymətini aşağı salmağa çağırdı

SİYASƏT

03 İyul 2022 04:33

Oxunma sayi: 230
Bayden sahibkarları benzinin qiymətini aşağı salmağa çağırdı

ABŞ Prezidenti Co Bayden yanacaqdoldurma məntəqələrinin sahiblərindən benzinin qiymətini dərhal aşağı salmağa çağırış edib.

Azmedia.Az xəbər verir ki, bu barədə o tviter səhifəsində yazıb.

“Yanacaqdoldurma məntəqələrinin sahiblərinə və qiymətləri təyin edənlərə çağırış edirəm, hər şey sadədir: indi müharibə və qlobal təhlükə vaxtıdır. Qiyməti məhsul üçün ödədiyiniz qiymətə uyğunlaşdırın. Və bunu indi edin”, - deyə amerikalı lider qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!