“Baydenin Putinlə bağlı açıqlaması dövlət başçısına yaraşmır” ƏRDOĞAN

SİYASƏT

19 Mart 2021 15:46

Oxunma sayi: 611
“Baydenin Putinlə bağlı açıqlaması dövlət başçısına yaraşmır”   ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenin Rusiya dövlət başçısı Vladimir Putinə qarşı işlətdiyi ifadələrə münasibət bildirib.

Azmedia.Az xəbər verir ki, Ərdoğan bu barədə bu gün cümə namazı sonrası jurnalistlərə açıqlamasında bildirib.

“Doğrusu, cənab Baydenin Putinlə bağlı açıqlamaları bir dövlət başçısına yaraşmır və bir Prezidentin Rusiya kimi bir dövlətin başçısına qarşı belə bir ifadə işlətməsi qəbuledilməzdir. Məncə, Putin çox ağıllı bir cavab verərək lazım olanı edib”,- deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində Rusiya rəhbərliyinin ABŞ seçkilərinə müdaxiləyə görə cavab verməli olacağını bildirib. V. Putin isə həmkarına cavab verərək onu dialoqa dəvət edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!